ABŞ-da məktəbin mühafizəçisi partlayıcı satdığını etiraf edib


ABŞ-ın Kaliforniya ştatında 27 yaşlı Ancelo Cekson Mendiver adlı təhlükəsizlik işçisi partlayıcı maddələrin istehsalı və ticarəti ilə bağlı ittihamları qəbul edib.



Ədliyyə Nazirliyindən verilən açıqlamada, Beykersfilddəki Arvin Liseyinin keçmiş kampus təhlükəsizlik müdiri Ancelo Cekson Mendiverin partlayıcı maddələrin istehsalı və ticarəti və partlayıcı maddələrin poçtla göndərilməsi ittihamlarını qebul etdiyi bildirilib.

Səlahiyyətlilər iyun ayında Mendiverin evindən 225 kiloqramdan çox əldəqayırma partlayıcının müsadirə edildiyini və sui-qəsddə iştirak etdiyi iddia edilən bir azyaşlının evindən yarım tondan artıq partlayıcının tapıldığını bildirib.

Prokurorlar bildiriblər ki, 27 yaşlı Cekson partlayıcı maddələr satmaq üçün İnstaqram hesabından istifadə edib və Bakersfield Liseyində azyaşlı şagird əməliyyatların həyata keçirilməsində və başqa ştatların sakinlərinə partlayıcı göndərməkdə kömək edib.

Cekson FTB agentlərinə yalan ifadə verməkdə də ittiham olunub.

Apreldə hökm oxunmaq üçün məhkəmə qarşısına çıxması gözlənilən Ceksonu 5 il həbs cəzası gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu