Avstraliyada daşqınlar zamanı təyyarələr batıb - FOTOLAR


Avstraliyanın Kvinslend ştatında yağan güclü yağış daşqınlara səbəb olub.



Ştat səlahiyyətliləri bunun bölgədə ən pis daşqın olacağı gözlənildiyini deyiblər.

Ştatın paytaxtı Brisbanın şimalında yerləşən və təxminən 170 min insanın yaşadığı bir turizm mərkəzi olan Cairns şəhərində güclü yağışların bəzi nöqtələrdə daşqınlara səbəb olduğunu bildirib. Bir çox evləri su basıb, elektrik və yollar kəsilib, təhlükəsiz, içməli su qıtlığı problemi yaranıb. Minlərlə insan təxliyə edilərkən, bəzi insan evlərində qalmaq məcburiyyətində olublar.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Bildirilib ki, güclü yağışlar daha 24 saat davam edəcək.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu