Canni De Byazi Azərbaycan millisindən ayrılıb
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollar ayrılıb.
AFN.az-ın əldə etdiyi məlumata görə, italiyalı mütəxəssislə yeni müqavilə imzalanmayacaq.
Bu barədə qərar bu gün AFFA İcraiyyə Komitəsinin iclasında verilib.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edib.