AFFA İcraiyyə Komitəsi Canni De Byazi ilə bağlı qərar verəcək
Canni De Byazinin Azərbaycan millisinin baş məşqçisi postundakı taleyinə aydınlıq gələcəyi vaxt açıqlanıb.
Bu, oktyabrın 4-də AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclasında bəlli olacaq.
İK saat 15:00-da start götürəcək toplantıda yığmanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə aparacaq.
Bundan əlavə, iclasda digər məsələlərə də baxılacaq:
- Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə
- Lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin təsdiqi
- Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin müzakirəsi
- Nəzarət-Təftiş Komitəsinin tərkibinin təsdiqi
- Digər məsələlər