AFFA milliyə Okan Buruku gətirir


AFFA bu ilin sonunda Azərbaycan millisinin baş məşqçisi postundan göndəriləcək Canni De Byazi üçün artıq əvəzləyici tapıb.


Federasiya italiyalı mütəxəssisin yerinə türkiyəli Okan Buruku gətirmək istəyir.

Bu barədə məlumatı “Milliyet” nəşri yayıb. Bildirilib ki, AFFA Okan Burukla 2+2 illik müqavilə imzalamaq istəyir. Artıq tərəflər arasında İstanbulda görüşmələr də baş tutub.

Dünya çempionatının seçmə mərhələsi başa çatdıqdan sonra De Byazi göndəriləcək və Okan Buruk millinin baş məşqçisi olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu