"Qalatasaray" Okan Burukla müqaviləni uzadıb
Türkiyənin son çempionu "Qalatasaray" baş məşqçisi Okan Burukla müqavilənin müddətini uzadıb.
Klub 50 yaşlı mütəxəssisin sözləşməsinin uzadılma bəndini aktivləşdirib.
Klub ötən ilin yayında Burukla 1+1 illik müqavilə imzalamışdı. Bu isə o deməkdir ki, təcrübəli çalışdırıcı 2023/2024 mövsümündə də komandanın sükanı arxasında olacaq.
Qeyd edək ki, "Qalatasaray" bu mövsüm Okan Burukun rəhbərliyi altında Türkiyə Super Liqasının qalibi olub.