Restoranın altından 10-dan çox adamın qalıqları tapıldı


Moskvada əvvəllər restoran olan obyektin sökülməsi işləri zamanı qazıntılar yerindən ən azı on nəfərin qalıqları aşkar edilib.



AFN.az xəbər verir ki, bu barədə “Baza” telegram kanalı məlumat yayıb.

Bunun “doxsanıncı illərin əks-sədası” ola biləcəyi güman edilir. Ekspertlər meyitlərin 20-30 il əvvələ aid olduğunu hesab edirlər. İş zamanı 3,5 metr dərinlikdə kəllə sümükləri, fəqərələr, qabırğalar, digər sümüklər və çənələr aşkar edilib.

Kamran Əliyev prokurorluğun veteranları ilə görüşdü
Bakının bu ərazilərində su kəsiləcək
Bakıda Zəfər yürüşü keçirilib - FOTO -VİDEO -YENİLƏNİB
Qalıqların kimə aid olduğu bilinmir, lakin bu ərazidə yalnız 2012-ci ildə iaşə obyektinin göründüyü bildirilir. Əvvəllər ərazidə avtomobil dayanacağı və sənaye zonası olub.

Paytaxt İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, qalıqların tapılması ilə bağlı araşdırmalara başlanılıb, lakin onların neçə nəfərə aid olduğu açıqlanmır.

“Hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsinə yönəlmiş yoxlama tədbirləri həyata keçirilir. Məhkəmə-tibbi ekspertizası təyin edilib. Yoxlamanın nəticələrinə əsasən, prosessual qərar qəbul ediləcək”, - BQX-nin Moskva üzrə İstintaq İdarəsinin bəyanatında deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu