Azərbaycanda 9 ayda yol təsərrüfatına dəymiş ziyanın məbləği açıqlanıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 512 yol-nəqliyyat hadisəsi baş verib, yol təsərrüfatına 605,9 min manat ziyan dəyib.



Bu barədə cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, bunun 389,65 min manatı ödənilib, qalan hissəsinin ödənilməsi məqsədilə 462 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 8 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunub, 42 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

Hazırda Azərbaycanda 1,4 milyondan çox avtomobil istismardadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu