Türkiyə PKK-nın rəhbər şəxslərindən birini zərərsizləşdirib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqda PKK-nın Kərkük əyaləti üzrə cavabdeh şəxsini zərərsizləşdirib.
AFN.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, MİT PKK-nın Kərkük əyaləti üzrə cavabdeh şəxsi olan Rəmzi Avcını İraqda keçirilən Süleymaniyə əməliyyatı zamanı zərərsizləşdirib.