Gədəbəydə nazirlik əməkdaşları tapdıqları bir qutu qızılı sahibinə veriblər


Gədəbəy rayonunun Parakənd kənd sakini Qismət Cabbarlıya məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri əməliyyat zamanı otaqların birində qızıl-zinət əşyaları dolu bir qutu tapıblar.



FHN-dən AFN.az-a verilən məlumat görə, qutunu tapan yanğınsöndürənlər zinət əşyalarını sahibinə təhvil veriblər.

Qeyd edək ki, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu