SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB
Bu gün yerli vaxtla 09:18-də İran ərazisində maqnitudası 5.1 olan zəlzələ baş verib.
AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan Musavat.com-a verilən məlumata görə, təkanlar Azərbaycanın həmsərhəd rayonlarında və ona yaxın ərazilərdə 5-3 bala qədər hiss olunub.
***
Bu gün yerli vaxtla saat 09:18-də İran ərazisində zəlzələ olub.
AFN.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, maqnitudası 5.1 olan təkanlar Azərbaycanın sərhəd bölgələrində, o cümlədən Ağdam rayonunda, Yardımlı, Lerik, Saatlıda da hiss olunub.