43 ravvin Netanyahuya fətva verdi: "Şifa xəstəxanasını bombalaya bilərsiniz"


İsraildəki 43 ravvin Baş nazir Binyamin Netanyahuya bildirib ki, əgər HƏMAS üzvləri blokada altında olan Qəzzada Şifa xəstəxanasında gizlənib mülki şəxslərə qarşı qalxanlardan istifadə etsələr, buranı atəşə tutmağın heç bir eybi yoxdur.


İsrailin "Kanal 14" televiziyasının xəbərinə görə, Şifa xəstəxanasının bombalanmasının dini baxımdan icazəli olduğunu bildirən 43 ravvinın imzası ilə Netanyahuya məktub göndərilib.

Xəbərdə, ravvinlər tərəfindən imzalanan və "Mülki vətəndaşların arxalarında gizlənərək onları qalxan kimi istifadə etdikləri təqdirdə onlara hücum etmək üçün heç bir dini və əxlaqi maneə olmadığı" ifadə edilən bu mesajın ordu birliklərinə çatdırıldığı vurğulanıb.

Məktubda mülki şəxslərdən qalxan kimi istifadə edənlərin qınanılması lazım olduğu bildirilərək, xəstəxananın bombalanması halında məsuliyyətin həmin şəxslərə və onların tərəfdarlarına aid olduğu vurğulanıb.

İsrail Ordusunun sözçüsü Daniel Hagari əvvəlki açıqlamasında, "Həmas Şifa xəstəxanasından terror infrastrukturu üçün qalxan kimi istifadə edir. HƏMAS xəstəxanalardan hücumlar həyata keçirir" - deyə bildirib

Qəzzada minlərlə yaralı və mülki vətəndaşın sığındığı Şifa xəstəxanasının hədəf alınma ehtimalı ilə bağlı Həcəri, "Bu müharibədə bütün variantlar masadadır" - qeydini edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu