“Bu ay Brüsseldə Əliyevlə Paşinyan arasında görüş olmayacaq”


“Bu ayın sonu Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında keçirilməsi planlaşdırılan görüş baş tutmayacaq”.



AFN.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar açıqlayıb.

Onun sözlərinə görə, görüş vaxt azlığından baş tutmayacaq.

Qeyd edək ki, bir müddət əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel oktyabrın sonunda Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu