ABŞ İsraildə hərbi qüvvələrinin istifadəsinə icazə verən qanun layihəsi hazırlayır


Nümayəndələr Palatası İsrail və HƏMAS arasında mövcud münaqişənin İranla daha geniş proxy müharibəsinə çevriləcəyi təqdirdə ABŞ-ın hərbi gücündən istifadə etməyə icazə verən qanun layihəsi hazırlayır.


Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkon CNN-ə deyib ki, onun komitəsi qanun layihəsini "zərurət yarandıqda" istifadə etmək üçün hazırlayır.

“Yaxın Şərqdə gündən-günə daha da gərginləşən bir vəziyyət var” deyən komitə sədri Hizbullah və İranın müharibəyə cəlb olunma riskinin olduğunu bildirib.

Onun komitəsinin Hərbi Qüvvələrin İstifadəsinə Səlahiyyət kimi tanınan qanun layihəsi hazırlaması xəbəri prezident Co Baydenin İsrailə getməyə hazırlaşdığı vaxta təsadüf edir və ABŞ hökumətinin böhranın o dərəcədə genişlənəcəyindən dərin narahat olduğunu bildirir.

ABŞ ordusu İranı cilovlamaq üçün ABŞ-ın səyləri çərçivəsində Şərqi Aralıq dənizinə ikinci aviadaşıyıcı zərbə qrupunu və bölgəyə hərbi hava qüvvələrinin qırıcı təyyarələrini göndərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu