Putin İlham Əliyevlə Ruben Vardanyanı müzakirə etməyib - Peskov


“Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyev Ruben Vardanyan məsələsini müzakirə etməyiblər”.


Bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Qeyd edək ki, oktyabrın 12-də Bişkekdə Azərbaycan və Rusiya prezidentləri arasında görüş keçirilib.

Xatırladaq ki, sentyabrın 27-si “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qərimkan tədbiri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu