Yaponiyada banklararası köçürmə sistemindəki nasazlıq iki gündən sonra aradan qaldırılıb
Milli maliyyə qurumlarının Yaponiyaya vəsait və qiymətli kağızlar köçürdüyü “Zengin-net” şəbəkəsindəki nasazlıq iki gündən sonra aradan qaldırılıb.
"Zengin-Net"dən verilən açıqlamada fond və qiymətli kağızların köçürülməsini təmin edən ödəniş və klirinq şəbəkəsində oktyabrın 10-da səhər saatlarında yaranan nasazlığın aradan qaldırıldığı bildirilib.
Bildirilib ki, iki gün ərzində maliyyə qurumları ödəniş və maliyyələşdirmə klirinqi üçün transfer şəbəkəsindən istifadə etmək əvəzinə alternativ üsullar seçməli olublar. Nasazlıq səbəbindən ölkə üzrə 11 bankın, o cümlədən MUFG kimi milli bankların ümumilikdə 5 milyondan çox fond və qiymətli kağız köçürmələrinin pozulduğu müəyyən edilib.
Yaponiya Banklar Birliyinin açıqlamasında, müştərilərinin "Zengin-net" şəbəkəsinin 1973-cü ildə qurulduğundan bəri ilk dəfə sistemli bir problem yaşadığını bildirib.
Qeyd edək ki, ölkənin əksər bankları “Zəngin” sistem şəbəkəsinə qoşulub. Burada gündə orta hesabla 12 trilyon yen (81 milyard dollar) həcmində 6,5 milyon əməliyyat həyata keçirilir.