Moskvada metroda iki qatar toqquşdu - VİDEO


Moskva metrosunun Lyublinsko-Dmitrovskaya xəttinin "Peçatniki" stansiyasında iki qatar toqquşub.



AFN.az Rusiya mediasına isrinadən xəbər verir ki, məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb.

Onlardan biri vaqonda sıxılmış vəziyyətdə qalan sürücüdür. Hazırda xilasedicilər onu çıxarmağa çalışırlar.

Moskvanın Nəqliyyat Departamentindən verilən məlumata görə, "Lyublino" stansiyasından "Dubrovka" stansiyasına qatarların hərəkəti dayandırılıb.

Hazırda "Mosmetro"nun bütün xidmətləri ərazidə nəqliyyatın hərəkətini bərpa etmək üçün çalışır.

Görüntüləri təqdim edirik:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu