Lavrov: "Brüssel və Vaşinqton Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olur"
İndi öz geosiyasi ambisiyalarının qayğısına qalan Brüssel öz “vasitəçilik xidmətlərini” Azərbaycan və Ermənistana sırımaqla, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olur.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “BMT Nizamnaməsinin prinsiplərinə bütövlükdə uyğunluq və qarşılıqlı əlaqə beynəlxalq sülh və sabitliyin açarıdır” məqaləsində qeyd edilib.
“İndi Bakı və İrəvan liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyat qurmağın və etimadın möhkəmləndirilməsi üzərində işləməlidirlər. Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verməyə hazırdır”, - deyə o qeyd edib.