Gürcüstandan Azərbaycanla Ermənistana sülh təklifi

Gürcüstan İrəvanla Bakı arasında münasibətlərin parlament səviyyəsində tənzimlənməsinə töhfə verməyə hazır olduğunu bəyan edib.
AFN.az-ın məlumatına görə, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili illik “Səfirlərin Konfransı - 2022”nin açılışında belə deyib
"Biz Azərbaycan və Ermənistanla birlikdə parlamentin birgə səyləri ilə sülh və sabitliyin bərqərar olmasına töhfə vermək istəyirik", - Papuaşvili bildirib.
Onun sözlərinə görə, bu səylər regionun inkişafı üçün ilkin şərtə çevriləcək.
O, bu il Ukrayna böhranı ilə yanaşı, Cənubi Qafqazda da sabitliyin olmadığını xatırladıb.
M.Vahidli