Zaqatalada partlayıcı maddə partlayıb, ölən və yaralananlar var


Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində 3 nəfər yaralanıb. Bir nəfər daha sonra xəstəxanada həlak olub.


DİN-in mətbuat xidmətinin regional qrupundan "Report"a verilən məlumata görə, sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində üç nəfər kənd sakini - 1991-ci il təvəllüdlü Məqsəd Rzayev, 1992-ci il təvəllüdlü İlqar Cumayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu