Yunanıstanı indi də "Elias" fırtınası vurdu


Yunanıstanı vuran "Elias" qasırğası səbəbindən bir çox yerlərdə daşqınlar baş verib. Ölkə rəsmiləri vətəndaşlardan lazımsız səyahətlərdən çəkinmələrini istəsələr də, Ftiotis, Thessaly və Peloponnesdəki bir çox yaşayış məntəqələrində təhsil dayandırılıb.


"Elias" qasırğası Yunanıstanın mərkəzi hissələrini və paytaxt Afina da daxil olmaqla Attika bölgəsini vurub. Fırtınanın yaratdığı güclü yağış nəticəsində bir çox məntəqələrdə sel və daşqınlar baş verib.

Liman şəhəri Volosda prospektlər və küçələr gölə çevrilib.

Volos Bələdiyyə Başçısı Axilleas Mpeos açıqlamasında, "Vəziyyət nəzarətdən çıxır. Özünüzü evlərinizə bağlayın, yuxarı qalxın, həyatlarınızı qoruyun" - deyə bildirib.

Hələlik daşqınlarda ölən və xəsarət alan olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu