Şəmkirdə yük avtomobili aşdı - ölənlər var

Şəmkir rayon Qapanlı kəndində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AFN.az report-a istinadən xəbər verir ki, kiçiktutumlu yük maşının idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 2 nəfər aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Onların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.