Sabah Bakıda 27° isti olacaq


Sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman. Cənub-şərq küləyi əsəcək.



Havanın temperaturu gecə 17-21° isti, gündüz 22-27° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu