Macarıstanda 27 nəfərin öldüyü gəmi qəzasında ukraynalı kapitan günahkar bilinib


Ukraynalı kapitan 2019-cu ildə Macarıstanın paytaxtı Budapeştdə Dunay çayında 27 nəfərin həyatını itirdiyi tur gəmisi qəzasında günahkar bilinib.


Macarıstan məhkəməsi Yuri Çaplinskinin Dunay çayında qayığın qəzaya uğramasında səhlənkarlıq etdiyinə qərar verib.

Çaplinski istintaq çərçivəsində ona qarşı yönəlmiş 35 cinayətdən bəraət aldığı halda, qəzaya səbəb olan səhlənkarlığa görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

29 may 2019-cu il tarixində 33 Cənubi Koreyalı turist və 2 Macarıstan ekipajı da daxil olmaqla ümumilikdə 35 nəfərin olduğu tur gəmisi digər tur gəmisi ilə toqquşub və Dunay çayında batıb.

Cənubi Koreya və Avstriyadan olan qrupların dəstəyi ilə aparılan axtarış-xilasetmə işləri zamanı 7 nəfər xilas edilib, 2-si ekipaj üzvü olmaqla 27 nəfər həyatını itirib. Qəzada itən Cənubi Koreya vətəndaşını tapmaq mümkün olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu