Evdən qaçan 14 yaşlı qız onu almağa gələn polisin gözü qarşısında intihar edib - FOTOLAR


ABŞ-da ailəsinin icazəsi olmadan şənliyə qatılan 14 yaşlı qız onu götürməyə gələn polisin gözü qarşısında tapança ilə intihar edib.


Ceyli Çillson ziyafətdə iştirak etmək üçün valideynlərindən icazə istəyib. İcazə ala bilməyəndə evdən qaçıb. Onun atası Jeb şənlik yerinə gedib və qızını aparmaq üçün polisə zəng edib.

Hadisə yerinə gələn polis əməkdaşları onu evə qayıtmağa razı salmağa çalışarkən Ceyli tapança ilə başına atəş açaraq intihar edib. Silah səslərini eşidən ata şənlik keçirilən əraziyə daxil olub və qızını başqa bir şəxsin qucağında qan içində görüb. O 15 dəqiqə qızının dayanan ürəyini yenidən işə salmağa çalışıb.

Kanzas Şəhər Polis Departamenti hadisə ilə bağlı istintaqa başlayıb.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu