Hikmət Hacıyev xarici mediaya Qarabağdakı əməliyyatlar haqda məlumat verib
Almaniyaya bağlı "politico.eu" saytına açıqlama verən Azərbaycan prezidenti İlham Əliyevin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev Qarabağda başlayan antiterror əməliyyatları haqda danışıb.
“Məqsədin hərbi infrastrukturu zərərsizləşdirmək olduğunu” deyən H.Hacıyev əlavə edib ki, yerli erməni əhalisinə terrorizmlə mübarizə tədbirləri barədə xəbərdarlıq edən SMS-mesajlar göndərilib.
“Onlardan qanuni hərbi hədəflərdən uzaq durmaq xahiş (tələb) olunub”, - Hikmət Hacıyev bildirib.
Elbəyi Həsənli, Sürix