Hikmət Hacıyev Baydenin müşaviri ilə bu məsələni müzakirə etdi


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı zamanı Ermənistanla sülh müqaviləsi üzrə danışıqları müzakirə edib.


Musavat.com xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviterdə paylaşım edib.

“Biz Azərbaycan-Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim”, - Prezidentin köməkçisi qeyd edib.

H.Hacıyev bildirib ki, faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və bunun nəticəsində ekoloji ziyana görə Laçın-Xankəndi yolunda Azərbaycan vətəndaşları haqlı etiraz edir.

"Ermənistanın “blokada” ilə bağlı iddiaları əsassız, qara təbliğat cəhdidir”, - H.Hacıyev əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu