Paşinyanın deputatı həddini aşdı - Azərbaycana qarşı...


“Bu günlərdə Ermənistanda bir sıra daxili qüvvələr yenidən ölkənin suverenliyinə qəsd edirlər”.



AFN.az erməni mediasına istinadən xəbər verir ki, bu cümlələr Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının rəhbəri Ayk Koncoryanın “Facebook” səhifəsində yazdığı statusda əks olunub.

Koncoryan həyasızlıqla Azərbaycanın üzərinə böhtan atmaqdan çəkinməyib.

“Bu günlərdə Azərbaycan növbəti dəfə Ermənistanın sərhədləri boyunca böyük miqdarda hərbi texnika cəmləşdirir.

İrəvanda yenidən seçki kampaniyası gedir. Və bu günlərdə Ermənistanın bir sıra daxili qüvvələri yenidən Ermənistan Respublikasının suverenliyinə qəsd edir, İrəvanı qanla da olsa ələ keçirməklə hədələyirlər. Ermənistan yenidən iki cəbhədə döyüşür”,-deyə Koncoryan qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu