SON DƏQİQƏ! Ermənilər PUA-larla hücuma keçdi, Azərbaycanın daha 3 hərbçisi yaralandı


Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.



Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb. Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

Bu gəlişmə nədən xəbər verir? Azərbaycan antiterror əməliyyatına başlayır? Sentyabr ayının ilk günündə zərbə puasının tətbiq edilməsi ilə start verilən bu əməliyyat nədən xəbər verir?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Telman Qasımovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu