Belçika polisi manekeni qətl qurbanı bilib uzun müddət araşdırma apardı


Belçika polisi cansız kuklanı qətl qurbanı kimi səhv salaraq, saatlarla hadisə yerində araşdırmalar aparıb.


Belçika mətbuatında yer alan məlumata görə, Pays de Herve şəhərinin polisi ehtimal olunan qətllə bağlı məlumat alıb.

Hadisə yerinə gələn polis qrupları kolların arasında ədyala sarılı, ayaqları çölə çıxan cansız bədəni görüb və ətrafına təhlükəsizlik lenti çəkiblər.

Daha sonra hadisə yerində başlanan araşdırmalarda "cəsəd"in manekenə aid olduğu saatlar sonra məlum olub.

Vəziyyət ətrafdakı insanlar tərəfindən gülüşlə qarşılanıb.

Verviers rayon prokuroru Gilles de Villers Grand Champ verdiyi açıqlamada, "Polisin cinayət yeri ilə bağlı çox aydın və dəqiq təlimatları var. Onlar uzaqdan şəkil çəkdirdilər, lakin buna nəzarət edə bilmirlər, heç bir şeyə toxuna bilmirlər. Ona görə də onlar hakimi növbətçiliyə çağırıb. Bu kontekstdə cəsədə toxuna bilən yeganə şəxs məhkəmə tibbi ekspertdir. O, meyitə yaxınlaşanda hadisə anlaşılıb" - deyə bildirib.

Şamp qeyd edib ki, onun başına belə bir hadisə ilk dəfə baş verir və hadisə yerində olan hər kəs bu işi potensial qətl kimi qiymətləndirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu