ÜST: Son 28 gündə dünyada COVID-19-a yoluxma 63% artıb


Ümumdünya Səhiyyə Təşkilatı son 28 gündə dünyada COVID-19 hadisələrinin 63% artdığını bildirib.



AFN.az xəbər verir ki, bu barədə ÜST-nin həftəlik epidemioloji hesabatında deyilir.

Qeyd edilib ki, iyulun 17-dən avqustun 13-dək 1,4 milyon yoluxma halı qeydə alınıb.

Əlavə edək ki, yaranmış vəziyyətlə əlaqədar artıq Bayden administrasiyası amerikalıları COVID-ə qarşı peyvənd olmağa çağırıb.

"Kaliforniya, Nyu-York və Corciya məcburi maska rejimi tətbiq etməyə başlayır”, - deyə ABŞ mediasının yaydığı məlumatda deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu