İranda məscidə hücumun təfərrüatları məlum olub
AFN.az-ın xəbərinə görə, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
"Şiraz şəhərindəki türbəyə hücum edən iki yaraqlı iranlı deyil, əcnəbidir", - deyən telekanalın mənbəsi cinayətkarların hansı dövlətin vətəndaşı olduğunu açıqlamayıb.
"Tasnim" agentliyinin məlumatına görə, cinayətkarlardan biri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhv edilib. İkinci terrorçu isə qaça bilib.
ilkin xəbərlərdə hücum nəticəsində 4 nəfərin öldüyü bildirilsə də, İslam İnqilabı Keşikçiləri Korpusunun Fars əyalətindəki komandiri Yadoll Buelinin sözlərinə görə, bir nəfər terror aktının qurbanı olub, daha 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.