"Azəriqaz" 5 şəhid atasını işdən çıxartdı
"Bu gün öyrənmişəm ki, məni və daha 4 şəhid atasını Salyan rayon qaz idarəsindən işdən çıxarıblar".
AFN.az xəbər verir ki, bunu şəhid Famil Camalzadənin atası Hicran Camalzadə feyzbuk sosial şəbəkəsində yazıb. Şəhid atası bildirib ki, işdən çıxarılmasına səbəb kimi onlara lazım olmadığı deyilib: "Dedilər ki, bizə sənin kimi adam lazım deyil. Bizə oğru, quldur, yaramaz adam lazımdır".
Gec olduğu üçün "Azəriqaz"dan mövqe ala bilmədik. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.