Bağça müdirləri boş yerləri nazirlikdən gizlədir? - Açıqlama/VİDEO


Məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinə artıq start verilib. Amma ötən il olduğu kimi bu dəfə də elektron sistem çoxlarının üzünə açılmayıb.



Təhsil Nazirliyinin elan etdiyi vaxtdan 5 dəqiqə sonra məktəbəqədər təhsil müəssisləri üzrə vakant yerlərə müraciət etmək mümkünsüz olub. Bir çox valideyn sistemin çökməsi barədə sosial şəbəkədə paylaşım da edib.

Bağçalarla bağlı daha bir problem boş yerlərin həddindən artıq az göstərilməsidir. Təhsil üzrə ekspert Elçin Əfəndi arb-yə bildirib ki, bunun səbəbi bəzi bağça müdirləridir: "Onlar İcra Hakimiyyətləri tərəfindən təyin olunan şəxslərdir. Həmin şəxslər yerləri satışa çıxardığı üçün nazirlikdən də bunu gizlədirlər".

Ətraflı videomaterialda izləyə bilərsiniz:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu