Almaniyada məscidə xaç şəkilli təhdid məktubu göndərilib


Almaniyanın Aşağı Saksoniya əyalətinin Bramşe qəsəbəsindəki məscidə xaç şəkilli Milli Sosialist Yeraltı terror təşkilatının imzası olan təhdid məktubu göndərilib.


Almaniyada Türk-İslam Diyanət Birliyinə (DİTİB) bağlı Eyüp Sultan Məscidinə xaç əlaməti ilə çəkilmiş məktubda "Belə davam edin. Biz yəhudilərə yəhudilərə etdiyimizi sizə də edəcəyik.O gün uzaqda deyil" - deyə təhdid xarakterli ifadələr yer alıb, İslam dini təhqir olunub.

Eyüp Sultan Məscidi Dərnəyi Başçısı Əhməd İrmak verdiyi yazılı açıqlamada bölgədəki başqa bir məscidə də Milli Sosialist Yeraltının (NSU) imzası ilə növbəti təhdid məktubunun göndərildiyini bildirib.

Təxminən bir il əvvəl poçt vasitəsilə məscidlərinə də bənzər bir məktubun göndərildiyini bildirən İrmak "Bölgəmizdəki müxtəlif məscidlərə oxşar təhdid məktublarının göndərilməsindən narahatıq. Müvafiq qurumlardan bunlara daha həssas yanaşma tələb edirik" - deyə əlavə edib.

İrmak məsələ ilə bağlı polisə müraciət etdiklərini və cinayət işi qaldırdıqlarını da qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu