İsveçdəki məscidə içində şübhəli ağ toz olan məktub göndərilib


İsveçin Göteborq şəhərindəki məscidə məktubla şübhəli ağ toz maddəsinin göndərildiyi açıqlanıb.


Bu barədə Göteborq polisindən verilən açıqlamada bildirilib. Qeyd edilib ki, Göteborqun Hisingen rayonundakı məscidə məktubda şübhəli ağ toz maddənin göndərilib.

Açıqlamada şübhəli ağ tozun araşdırılmasının davam etdiyi və hadisə ilə bağlı istintaq açıldığı vurğulanıb.

Göteborq İslam Mədəniyyəti Dərnəyinin rəhbəri Fərəc Semmo dövlət televiziyası SVT-yə bildirib ki, o, anonim məktubu araşdıran zaman onun əllərinə ağ toz keçib.

Cümə namazından sonra polisə məlumat verdiyini bildirən Semmo, namaza gələnlər arasında panika yaratmamaq üçün bir müddət gözlədiklərini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu