Tunis prezidentinin ünvanına şübhəli maddə olan məktub göndərilib


[

b]Tunis prezidenti Kais Səidin iqamətgahı olan Karfagen sarayına şübhəli maddənin olduğu məktub gəlib.
[/b]


APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Businessnews” informasiya portalı prezident administrasiyasına istinadən məlumat yayıb.

Karfagen sarayından olan mənbə portala bildirib ki, “çərşənbə günü prezident iqamətgahına şübhəli maddə olan bir məktub daxil olub”.

Həmin maddənin təyinatı və toksiklik səviyyəsi yoxlanılması üçün laboratoriyaya göndərilib. Təhlükəsizlik xidməti hadisənin bütün təfərrüatları ilə bağlı araşdırmalara başlayıb.

Portalın yazdığına görə, prezident Səid şübhəli zərflə kontaktda olmayıb. Zərfi açan administrasiya rəsmisi də özünü yaxşı hiss edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu