ABŞ Məxfi Xidməti Ağ Evdə tapılan şübhəli maddəni araşdırır


ABŞ Məxfi Xidməti Ağ Evdə aşkarlanan və kokain olması ehtimal edilən maddəni ətraflı araşdırma üçün laboratoriyaya göndərib.


“The Washington Post”un xəbərinə görə, iyulun 2-də Ağ Evdə tapılan şübhəli maddənin ilk sınaqlarda kokain olduğu qənaətinə gəlinsə də, bununla bağlı hələ rəsmi açıqlama verilməyib.

Hüquq-mühafizə orqanları ABŞ Məxfi Xidmətinin tapılan maddənin nə olduğunu müəyyən etmək üçün araşdırmalarını davam etdirdiyini açıqlayıb.

Gizli Xidmətin Kommunikasiyalar üzrə rəhbəri Entoni Quqlielmi bildirib ki, maddə nə olduğunu müəyyən etmək üçün sınaqdan keçirilib və onlar onun Ağ Evə necə daxil olduğunu araşdırırlar.

Hadisənin Ağ Evdə yüksək təhlükəsizlik xəbərdarlığına və qısa müddətli təxliyəyə səbəb olduğunu ifadə edən Quqlielmi, Vaşinqton yanğınsöndürmə idarəsinin maddənin təhlükə yaratmadığını müəyyən etdiyini bildirib.

Maddənin binada rutin yoxlamalar zamanı tapıldığını qeyd edən Guglielmi, maddənin tam olaraq harada və necə qablaşdırıldığı ilə bağlı sualları cavablandırmayıb.

Hadisə və evakuasiya zamanı prezident Co Baydenin Ağ Evdə olmadığı öyrənilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu