“Mənə bir-iki foto göndərib təhdid ediblər” - Əli Həsənov
Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənov təhdid olunduğunu deyir.
Ə.Həsənov “Amerikanın Səsi”nə açıqlamasında bununla bağlı daha əvvəl tvitter hesabında paylaşım etdiyini təsdiqləyib: “Mən bunu tvitter hesabımda yazdım, bütün saytlar da dərc etdi. Müvafiq qurumlar məşğuldur. İstəmirəm əlavə müzakirəyə çıxaraq.”
O, bunu kimlərin etməsi barədə suala belə cavab verib: “Vallah, bunu bilsəydim nə vardı ki?! Müvafiq qurumlar araşdırır.”
Fotoların harada və necə çəkildiyinə dair suala cavabında Ə.Həsənov “Bilsəydim nə var idi? Mənə bir-iki foto göndərib təhdid ediblər,” - deyə qeyd edib.
Hazırda Ə.Həsənovun sözügedən paylaşımı tvitter hesabından silinsə də, onun mətni bundan ibarət idi: