Yəmən XİN: Husilərin Qırmızı dənizdəki hücumları ərzaq təhlükəsizliyini təhdid edir


Yəmənin xarici işlər naziri Əhməd Avad bin Mübarək husilərin Qırmızı dənizdəki hücumlarının nəqliyyat və sığorta xərclərini artırdığını, bunun da ərzaq təhlükəsizliyini təhdid etdiyini və Yəmən xalqının yaşayış şəraitini çətinləşdirdiyini bildirib.


Yəmənin rəsmi agentliyi SABA-nın məlumatına görə, Bin Mübarək Uqandanın paytaxtı Kampalada keçirilən "G77+Çin Sammiti"ndə çıxış edib.

Bin Mübarək bildirib ki, Yəmən husilərin Qırmızı dənizdə və Bab əl-Məndəbdə törətdiyi terror aktlarından ən çox zərər çəkən ölkələrdən biridir.

XİN rəhbəri deyib: "Qırmızı dənizdəki limanlara gələn kommersiya yüklərinin sürəti azalıb. Yəmənlilərin ərzaq təhlükəsizliyi, humanitar və yaşayış şəraitini təhdid edən daşıma və sığorta xərcləri artıb. Terrorçu husi milislərinin hərəkətləri qlobal ticarətin 15 faizini təşkil edən Bab əl-Məndeb vasitəsilə tədarük zəncirlərini təhdid edir. Buna görə də, yükdaşıma və gəmi sığortası xərclərinin artması səbəbindən, dünyanın aşağı iqtisadi artım və yüksək inflyasiya ilə üzləşdiyi həlledici bir zamanda istehsal olunmuş məhsulların qiymətləri yüksəlir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu