Almaniya Ukrayna hərbçilərinə radiasiyadan qorunmaq üçün təlimlər keçirir
Bu barədə iyunun 29-da Almaniya Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən “Die Zeit” qəzeti məlumat yayıb.
Təlim Almaniyanın cənubunda, Kempten şəhəri yaxınlığındakı Allgäu bölgəsində keçirilir və üç həftə davam edəcək. Bundan əlavə, Bundesver ərazini zərərsizləşdirmək üçün Ukraynaya vəsait ayırıb.
Xatırladaq ki, Bundesver Ukraynadan hərbi kadrların hazırlanması üzrə Avropa İttifaqının (Aİ) proqramında iştirak edir. Bu günə kimi Almaniyada 5 min hərbçi təlim keçib. Ümumilikdə, bu və gələn il Aİ 30 minə yaxın ukraynalı əsgərə təlim keçmək niyyətindədir.