Fransa Ukrayna əsgərlərinə Polşada təlim keçəcək


Fransa Avropa İttifaqının (Aİ) Ukraynaya hərbi dəstək missiyası çərçivəsində Ukrayna qüvvələrinə təlim keçmək üçün Polşaya 150 təlimçi göndərəcək.


AFN.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina bildirib.

Twitter hesabında paylaşım edən Jasina xatırladıb ki, Aİ 2022-ci ilin oktyabrında üzv dövlətlərdəki mərkəzlərdə 15 min əsgərə təlim keçmək məqsədi ilə Ukraynaya Hərbi Yardım Missiyası təsis edib. Missiya çərçivəsində iki əməliyyat komandanlığından birinin Polşada, digərinin isə Almaniyada olduğunu bildirən Jasina, "Fransa Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyası çərçivəsində Polşaya 150 əsgər göndərəcək. Bu əsgərlər hərbi əməliyyatlarda iştirak edəcək ukrayna qüvvələrinə təlim keçəcək” - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu