Tibbi turizmdə 18 faizlik ƏDV tətbiqi Azərbaycanın rəqabət imkanlarını azaldır
Azərbaycanda səhiyyə xidmətlərində ƏDV tətbiq edilmədiyi halda, sağlamlıq turizmi sahəsində 18 faizlik ƏDV tələb olunur.
Bunu “Liv Bona Dea” hospitalın baş direktoru Taner Özbek turizm sektoru təmsilçiləri ilə görüşündə bildirib. Onun sözlərinə görə, bu, Azərbaycanın sağlamlıq turizmi sahəsində rəqabət imkanlarını azaldır. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və digər müvafiq qurumlara təkliflər hazırlayıb göndərdiyini deyən baş direktor müsbət nəticələrə nail olunacağına ümidvar olduğunu deyib.
FƏXRİYYƏ