Azərbaycanla Rusiyanın Novosibirsk regionu tibbi turizm sahəsində əməkdaşlıq edəcək


Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası ölkəmizi Rusiya Federasiyasının Novosibirsk şəhərində keçirilən Beynəlxalq Sibir Turizm Forumunda təmsil edib.


Assosiasiyadan AFN.az-a verilən məlumatda bildirilir ki, tədbir Novosibirsk regionu üçün potensial tibbi turizm bazarı hesab edilən Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan ekspertlərin, eləcə də bu sahədə yüksək nəticələr əldə etmiş Çin və Türkiyədən olan mütəxəssislərin iştirakı ilə baş tutub.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının baş əlaqələndiricisi Emil Həsənov forumda “Azərbaycanda sağlamlıq turizmi - mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda çıxış edib. O, ölkəmizin sağlamlıq turizmi imkanları, bu sahədə həyata keçirilən layihələr və görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib.
Forum çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası ilə Novosibirsk şəhərinin Səhiyyə Komitəsinin sədri P.A. Simerenko və Novosibirsk şəhərinin Tibb Klasterinin direktoru T.A. Tişenko arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd özündə tibbi turizm sahəsində hərtərəfli əməkdaşlıq imkanları, birlikdə konfransların, tədbirlərin keçirilməsi, tibbi turizm üçün təhlükəsiz mühitin yaradılması və s. kimi nüansları əks etdirir.
Qeyd edək ki, ötən ilin iyul ayında Rusiyanın paytaxtı Moskvada keçirilən müalicə-sağlamlıq turizmi forumu - MED TOURİSM-2022 çərçivəsində Rusiya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan sağlamlıq turizmi assosiasiyalarını birləşdirən alyans yaradılıb. Bu qurum üzv ölkələrin tibbi turizm üzrə aparıcı peşəkar assosiasiyaları arasında əməkdaşlığı koordinasiya edir.

FƏXRİYYƏ









AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu