Bakıda sağlamlıq turizmi tədbiri və B2B görüşlər keçirilib


İyulun 14-də Bakıda Azərbaycan-Türkiyə Sağlamlıq Turizmi Konfransı çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA), "SKAL Baku" turizm peşəkarları klubu, "Kaan yapım" və "Media Marketinq" şirkətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.


AFN.az xəbər verir ki, tədbirdə hər iki ölkənin sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən müəssisələrinin təmsilçiləri, həkimlər, turizmçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə "SKAL Baku" Turizm Peşəkarları Klubunun prezidenti Ceyhun Aşurov açıb. C.Aşurov sön illərdə sağlamlıq turizmi sahəsində göstərilən yüksək statistik nəticələri tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, qeyd edib ki, Azərbaycanda sağlamlıq turizmi inkişaf edir: "İndi qarşıda duran əsas iş bu inkişafı daha da sürətləndirmək və gələn turistlərin sayını artırmaqdır. Bunun üçünsə sektor təmsilçilərinin, dövlət qurumlarının bir-biri ilə əlaqəli çalışması, mövcud problemləri birlikdə həll etməsi vacib şərtdir".

Daha sonra çıxış üçün söz Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevə verilib. R.Quliyev belə görüşlərin hər iki ölkə turizmi və tibbi üçün faydalı olacağını, gələcəkdə belə tədbirlərin daha intensiv keçiriləcəyini nəzərə çatdırıb.

Tədbirim davamında turizm Assosiasiyalarının, Türkiyə və Azərbaycan tibb ocaqlarının rəhbər şəxsləri, həkimlər və digər qonaqlar müxtəlif mövzularda çıxışlar ediblər.

Tədbir "business to business" (B2B) formatlı görüşlərlə davam edib.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən sağlamlıq tədbiri və biznes görüşlərinə Türkiyənin 6-dan çox şəhərində yerləşən özəl və dövlət klinikalarından 20-dən çox həkim qatılıb.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu