Bakıda Azərbaycan-Türkiyə Sağlamlıq Turizmi Konfransı keçiriləcək
Liv Bona Dea Hospital və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) birgə təşkilatçılığı ilə "Azərbaycan-Türkiyə Sağlamlıq Turizmi Konfransı" keçiriləcək.
Turizmplus.az xəbər verir ki, konfrans iyulun 12-də saat 14:30 Liv Bona Dea Hospitalının konfrans zalında baş tutacaq.
Konfransın əsas mövzusu post-pandemiya dövründə Azərbaycan turizm sektorunun inkişafında sağlamlıq-müalicə turizminin rolu, beynəlxalq təcrübələrin öyrənilməsi və turizm məhsulu kimi turizm şirkətləri şəbəkəsində əməkdaşlıq imkanlarının dəyərləndirilməsidir.
Qeyd edək ki, konfransda iştirak üçün 050 312 39 82 nömrəsinə whatsapp-da yazmaq kifayətdir.