Sağlamlıq-müalicə turizmi ilə bağlı görüş keçirilib
Azərbaycan Sahibkarlar Konfederasiyasının ofisində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və ASK Turizm Komissiyasının sədri Ruslan Quliyevlə "Liv-Bona Dea" hospitalın nümayəndələri arasında işgüzar görüş keçirilib.
AFN.az xəbər verir ki, görüşdə "Liv-Bona Dea" hospitalın Korporativ marketinq şöbəsinin müdiri Günay Babazadə və Azərbaycan üzrə "Liv Hospital"ının Azərbaycan bölgə əməliyyat mütəxəssisi iştirak edib.
Görüşdə Azərbaycan turizm sektorunun inkişafında sağlamlıq-müalicə turizminin rolu, beynəlxalq təcrübələrin öyrənilməsi və turizm məhsulu kimi turizm şirkətləri şəbəkəsində satış metodları mövzüları ətrafında fikir mübadiləsi olub və yaxın gələcəkdə daha konkret və sistemli əməkdaşlıqla bağlı və birgə tədbirlərin keçirilməsinin faydalı olduğu əsas qabardılıb.