Türkiyə Rabitə Nazirliyi: "Sürixdəki prezident Ərdoğana qarşı təxribat xarakterli hərəkətləri qətiyyətlə pisləyirik"

İsveçrənin Sürix şəhərində prezident Ərdoğana qarşı təxribat xarakterli hərəkətlərə görə Türkiyə Rabitə Nazirliyi sosial media hesabından açıqlama verib.
Sürixdə prezident Ərdoğana qarşı təxribat xarakterli hərəkətlərə Türkiyə Rabitə Nazirliyi sərt reaksiya verib: “Terrorçuların və onların havadarlarının prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanı və Türkiyə bayrağımızı hədəf alan alçaq hərəkətlərini şiddətlə qınayırıq”, - deyə bəyanatda bildirilir.
Prezident Ərdoğanı və Türk Bayrağını hədəf alan alçaq hərəkətlər pislənilib. Hücumun heç bir halda qəbuledilməz olmadığı vurğulanıb.
Bildirilib ki, hadisə ilə bağlı İsveçrədən dərhal araşdırma başlanılıb, hadisəni törədən şəxslərin müəyyən edilərək tez bir zamanda lazımi tədbirlərin görülməsi tələb olunub.
Açıqlamada, "Xarici İşlər Nazirliyi başda olmaqla əlaqədar qurumlarımız vasitəsilə hadisəni izləməyə davam edəcəyik. İsveçrədən terror təşkilatlarının bu cür çirkin hücumlarına və qara təbliğat hərəkətlərinə icazə verməməsini gözləyirik".
İsviçre'nin Zürih kentinde, teröristlerin ve yandaşlarının Cumhurbaşkanımız Sayın @RTErdogan'ı ve Türk Bayrağımızı hedef alan alçak eylemlerini şiddetle kınıyoruz.
— T.C. İletişim Başkanlığı (@iletisim) June 15, 2023
Cumhurbaşkanımıza ve Bayrağımıza yönelik bu iğrenç saldırının hemen ardından İsviçre’nin Ankara Büyükelçisi…