Qalatasaray tərəfdarları Belçika polisinə üçlü çəkdirdi
Belçikada "Qalatasaray"ın çempionluğunu qeyd etmək üçün küçələrə çıxan azarkeşlər polisə üçlü çəkdirib.
AFN.az Haber Globala istinadən xəbər verir ki, superliqanın 36-cı həftəsində səfərdə "Ankaragücü"nü 4:1 hesabı ilə məğlub edən "Qalatasaray" sona 2 həftə qalmış çempionluğunu elan edib.
4 ildən sonra çempion olan "Qalatasaray" azarkeşləri bayramlarını ölkə xaricində davam etdirib.
Belçikanın Antverpen şəhərində şənlikləri davam etdirən sarı-qırmızılı tərəfdarlar Belçika polisinə üçlü çəkdirib.
Bayram zamanı rəngarəng görüntülər ortaya çıxıb. Kameraya əks olunan həmin anlar sosial mediada gündəm olub.