Türkiyə Cümhuriyyətinin 100-cü ilində futbol üzrə ölkə çempionu "Qalatasaray" oldu


Türkiyə Cumhuriyyətinin 100-cü ilində futbol üzrə ölkə çempionu müəyyənləşib.


AFN.az xəbər verir ki, bu ada "Qalatasaray" sahiblənib. "Ankaragücü" ilə oyunda 3 top üstünülüyü qazanan komanda vaxtından əvvəl çempionluğa yüksəlib. İkardinin (2), Barış Alpərin (1) və Serxio Oliveranın (1) vurduğu qollarla rəqibi 1:4 hesabı ilə məğlub edən "Qalatasaray" özünün 23-cü çempionluğunu qazanıb.

Çempionatın sonuncu oyunu "Qalatasaray"la "Fənərbaxça" arasında baş tutacaq. Hazırda bu komandalar arasında 5 xallıq fərq var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu